Nəriman Qasımoğlu və Niyazi Mehdinin nəzərinə - İngiltərədən

neriman-qasimoglu-ve-niyazi-mehdinin-nezerine-ingiltereden-
Oxunma sayı: 1555

Natiq bəy əvvəllər ibadət etdiyini, lakin Qurani-Kǝrimin izahını şərqşünas Nǝriman Qasımoğlundan dinlǝdikdǝn sonra solçu olduğunu söylədi. Açığı, bu məsələ diqqətimi çox cəlb etdi. Düşündüm, necǝ olur ki, ibadət edən birisi şərqşünas kimi cəmiyyətə təqdim edilən alimdən Qurani-Kǝrimin izahını dinlədikdən sonra solçuya çevrilir?

Niyazi Mehdinin fəlsəfəsinə isə ilk dəfə yenə “Mediaforum” portalının təşkil etdiyi “Niyazi Mehdi oxucuların suallarına cavab verir” layihəsində rast gəlmişdim. Niyazi bəy oxucuların suallarına cavab verərkən deyir ki, Ağalar Məmmədovun fəlsəfəsindən xoşu gəlir. Özünü müsəlman kimi təqdim edən Niyazi bəyin İslam düşməni Ağalar Məmmədovun fəlsəfəsindən xoşu gəlməsi əcaib bir şeydir. Və əgər bu əcaibliyi 2 cümlə ilə təsvir etsəm, Niyazi Mehdi məni şərəf və ləyaqətinin tapdanması ittihamı ilə məhkəməyə verəcəyindən əminəm.

“İslam və Musiqi” mövzusunda təşkil edilən dəyirmi masadan sonra Nǝriman bǝyin vǝ Niyazi bǝyin İslam haqqında təsəvvürlərini öyrənmək qismət oldu. Qǝti şəkildə deyirəm ki, hər ikisinin mövqeyi İslama ziddir.Və əgər Hz. Muhammǝd (s.a.s) sağ olsa idi, onlara: “Allah-Tǝala İslamı mənim vasitəm ilə bəşəriyyətə yayarkən, bu dini məndən öyrənmək yaxşı olmazdımı?” deyə nəsihət edərdi.
Lakin bu məqalədə mən bu iki şəxsin İslama zidd mövqeyi haqqda deyil, Nǝriman Qasımoğlunun bilərək, yaxud bilməyərək yanlış söylədiyi, Niyazi Mehdinin isǝ cavabını bilmədiyi suala cavab verməyə çalışacağam. Onu da qeyd etməliyəm ki, bu sual, minlərlə şahidi olduğum müzakirələrdə İslam dininin düşmǝnlǝrinin müsəlmanlara öldürücü vasitə kimi istifadə etdiyi bir silahdır.
Müxtəlif təbəqələrdən olan insanlar müsəlmanlara Qǝrbi nümunə olaraq göstərib deyirlǝr ki, dünyanın bu hissəsinin inkişafı dindən azad olduqdan sonra başladı. Əslində isǝ qǝti və qǝti şəkildə belə deyildir.

İslam dinində əməllər müxtəlif növlərə bölünür: halal, haram, mübah və s.Və bunun nəticəsi olaraq əməl sahibi hər bir əməlinə görə ayrı-ayrılıqda sifətləndirilir.Yəni, bir müsǝlman yalan danışarkən, zina edərkən, rüşvət alarkən, qumar oynayarkən, şərab içərkən, dövlətin malını yeyərkən, haqqı olmayan şeyləri mənimsəyərkən, qonşusunu incidəkən, qeybət edərkən, tərəzide aldadarkən, falçılıq edərkən və s. bu kimi haram olan əməlləri işləyərkən kafir sifətinə sahib olur. Bu adam müsəlmandır, lakin o əməlinə görə o an üçün kafir sifətindədir. Bunun tərsi olaraq da Allaha inancı olmayan birisi isə həqiqəti soyləyərsə, iffətini qoruyarsa, rüşvǝtdǝn imtina edǝrsǝ, qumar oynamazsa, şərab içməzsə, dövlətin malına xor baxmazsa, haqqı olan şeyləri haqqı catanalara verərsə, qonşusuna mərhəmətli davranarsa, qeybətdən cəkinərsə, tərəzidə doğru olarsa, falçılığa qarşı çıxarsa o an üçün müsǝlman sifətinə sahib olmuş olar.

Mǝsǝlǝyǝ sadə gözlə baxdıqda belə işin məntiqini anlamaq mümkündür. Belə ki, halal və haramlar bəllidir. Kimliyindən və inancından aslı olmayaraq haram işləyən cəzasını, halal işləyən isə mükafatını alacaqdır. Bu ilahi ədaləti Qurani-Kǝrim belə açıqlayır: “Kim zərrə miqdarı xeyir əməl işlərsə onu görür. Kim də zərrə miqdarı şər əməl işlərsə onu da görür” (Zəlzələ surəsı, 7-8 cı ayələr).
Eyni zamanda Qurani-Kǝrimdə heç bir yerdə buyurulmur ki, müsəlman haram əməl etdiyi zaman cəzalandırılmayacaq. Əksinə, kafir əgər sadəcə inanmadığı Axirətdə cəzalandırılacaqsa, haram əməl etdiyi üçün müsəlman həm bu fani dünyada, həm də Axirətdə cəzasını çəkəcəkdir.

Gəlin, qısaca bir neçə nümunəyə baxaq.
Bir çox Qǝrb dövlətlərində yüksək səviyyədə demək olar ki, rüşvet yox ikən, müsəlman dövlətlərində rüşvət tüğyan edir. Haramın bu növü “bizim cəmiyyətlər”-də o qədər geniş vüsət alıb ki, artıq heyatımızın ayrılmaz parçasına çevrilib. Bəqərə surəsinin 188-ci ayəsində isǝ rüşvət haram sayılaraq qǝti şǝkildǝ qadağan edilir: “Mallarınızı aranızda batil (onda haqqınız olmadan) səbəblərlə yeməyin. İnsanların mallarından bir qismini haram ilə yemək üçün, o malları hakimlərə (idarəcilərə) rüşvət olaraq verməyin”.

Həmçinin, Qǝrb dövlətlərində yerli vətəndaşların haqqları dillərə dastan olacaq səviyyədə ikən, insan haqqlarının ən çox tapdandığı, əhalinin zillət içində yaşadığı cəmiyyətlər də müsəlman dövlətləridir.Və əgər Qərb son 50-60 ildə insan haqqlarından bəhs etməyə başlayıbsa, 1432 il bundan əvvəl Qurani-Kərimdǝ Şuara surəsi, 183-cu ayəsində: "İnsanların haqqı olan şeyi qısmayın.Yer üzündə fəsad çıxartmayın"- deyə insan haqqlarına hörmətlə yanaşmaq əmr olunur.

Müsəlmanlar Qurani-Kərimdə buyrulanlara məhəl qoymasalar da, Qərb materializm adı altına olsa belə, müqəddəs kitabımızda göstǝrilǝn bir çox şeylərə əməl edir. Dinləri, dilləri, adət-ənənələri bir olan ərəblər 22 dövlətə parçalanarkən, bir türk millət 5 müxtəlif respublikada mövcud olarkən, son 200 ildə dünyaya hökmranlıq edən ingilislər, əhalisinin yarısından çoxunun köçəri əsilli olan rumınlar ilǝ bir bayraq -Avropa Birliyi altında birləşmişlər. Allahu Təala Ali-İmran surəsi 103-cü ayəsində isǝ müsəlmanlara "..Parçalanmayın!" əmrini verir.

Qǝrbdǝ mǝmurlarının böyük əksəriyyəti dövlət malını mənimsəməyi xəyallarından belə keçirmirlərsə, “bizim cəmiyyətlər”-də dövlət malını yeməyənə, vəzifəsindən sui-istifadə etməyənə axmaq və fərsiz gözü ilə baxırlar. Lakin müsǝlmanların kitabı sayılan Qurani-Kǝrimin Ali-İmran surəsi 161-ci ayəsində: “... Kim əmanətə (dövlət malına) xəyanət edərsə, Qiyamət günü xəyanət etdiyi şeyin günahı boynunda asılı olaraq gəlir..” –deyə xəbərdarlıq edilir.

Yene həmin o Qǝrbdǝ validəynlərini itirmiş uşaqlara fövqəladə bir dövlət qayğısı olduğu halda, yetimlərin ən çox haqqlarının yeyildiyi cəmiyyətlər dǝ “bizim cəmiyyətlər”-dir. Dediklərimin sübutu üçün çox uzağa getmək lazım deyil. İnternat vǝ Körpələr evlərinin müdirlərinin sürdüyü maşınlara baxmaq kifayət edər. Allah-Tǝala, Qurani-Kərim Nisa surəsi 10-cu ayəsində isǝ yetim haqqı yeyənlerǝ xəbərdarliq edir: "Haqqsızlıqla yetimlərin mallarını yeyənlər şübhəsiz qarınlarını ancaq atəşlə doldurmuş olurlar. Onlar alovlu atəşə düşəcəklər".

Müsəlman dövlətlərində meşǝlǝr amansızca mǝhv edilərkǝn, Qǝrb dövlətlərində bir ağacı kəsmək deyil, heç ağacın bir budağını belə kəsməyə kimsə cürət etməz. Kristof Knil və Andre Lanskoun 2000-ci ildə Mançesterdǝ nəşr etdikləri “Avropa Birliyinin ətraf mühit qanunlarının icrası, yeni istiqamətlər-köhnə problemlər” adlı kitabında (Christoph Knill and Andrea Lenschow- Implementing EU environmental policy, New directions and old problems. Manchester: Manchester University Press) (sǝh.51) göstərirlər ki, Avropa Birliyi ölkələrində 300-dən artıq ətraf mühitin qorunmasına dair qanun mövcuddur. Müsəlman cəmiyyətlərində qanunların sayı barmaqla sayılsa da, yaxud həmin qanunlar heç yada belə düşməsə də, İslam peygəmbəri Hz. Muhammǝd (s.a.s.) bir hədisdə: “Əgǝr bir müsəlman bir ağac əkərsə və həmin ağacdan bir insan, bir heyvan, bir quş yeyərsə, bu, mütləq Qiyamət gününə qədər onun üçün sǝdǝqǝ olur”- deyə buyurur.
Bütün bunlarla yanaşı, Qǝrbdǝ dǝ kifayət qədər problemlər var. Çünki, yuxarıda da vurğuladığımız kimi, haram olan yerdə faciǝ vardır. Belə ki, inancsızlıq içində boğulan Qərb insanı ya intihar edir, ya da ruhi xəstəlikdən əziyyət çəkir. İsveç milli gəlir, sosial sığorta və iş yerlərinin sayına görə dünyada ilk beşlikdǝdir. Eyni zamanda, intihar edənlərin və ruhi xəstələrin sayına görə də dünyada ilk yerdədir. Dünya Səhiyyə Təşkilatının 1973-cü ildən bura verdiyi məlumatlara görə bu ölkədə intihar, ürək və xərçəng xəstəliklərindən sonra ölüm səbəbi olaraq üçüncü gəlir.
Şərab, qumar və falçılıq her bir insana zərər verir. Vǝ Allahu Təala bunu Maidə surəsi 90-cı ayəsində bildirir: "Ey iman edənlər! Şərab, qumar, fal oxları şeytan işlərindəndir və pisliklərdəndir. Onlardan uzaq durun ki, səadətə çatasınız". Müsəlman ölkǝlǝri bu üç məsələdə də Qərb dövlətlərindən geri qalmırlar və hətta falçılıqda Qǝrbdǝn daha irəlidədirlər. Lakin haram olan içkinin törətdiyi fəsada dair bir nümunə vermək istərdim. Böyük Britaniyanın “Alcohol Alert” adlı bir jurnalı 2010-cu il qış buraxılışında (səh. 20) yazır ki: “1977-ci ildən bura ölkədə qara ciyər sirrozu xəstəliyi 84% artıb. Bu artım ölkədə 1977-ci ildən bura spirtli içkilərin qəbulunun 145% artması ilə əlaqədardır. İngiltərədə son 7 ildə orta hesabla hər gün 36 uşaq spiritli içki qəbul etdiyi üçün xəstəxanaların təcili yardım şöbəsinə yerləşdirilir”.

Sonda, göstərilən bu nümunələr kafir sifətli müsǝlmanın rəzil və məğlub, müsəlman sifətli kafirin isə mǝğrur və qalib olma səbəblərini açıqlayır. Bunları görmək üçün isə nə alim, nə də filosof olmaq lazımdır, sadəcə Müsəlman olmağınız yetərlidir.