“Növbə Azərbaycan hökumətinindir”

novbe-azerbaycan-hokumetinindir
Oxunma sayı: 650

Bunu “Qafqazinfo”ya açıqlamasında Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyib. Azərbaycan qazına gəlincə isə o, vurğulayıb ki, Azərbaycan qazının Avropaya çıxarılması məsələsi həll olunmaq üzrədir: “Azərbaycan qazının Türkiyədən Avropaya daşınması məsələsi gündəmdədir, müzakirədədir. Bununla bağlı çoxlu təkliflər olub. Növbə Azərbaycan hökumətinindir. Azərbaycan hökuməti regional məsələləri əsas götürməyə çalışır, hamının könlülünü razı salmağa çalışır və qeyri-müəyyən siyasət yeridir. Niyyətini qeyd etsə də, qərarlılıq göstərmir. Ona görə də bu məsələ bir qədər yubanır“.

Avropalı ekspertlərin Nabucco layihəsini kifayət qədər bahalı hesab etmələri fikrinə münasibət bildirərkən isə Zöhrab İsmayıl deyib ki, bunun üçün vəsaiti Avropa Komissiyası ayırır: “Amma, burda önəmli olan Asiya ölkələrinin Avropaya qaz satmaq məsələsidir. Məsələn, indi Azərbaycan üçün Avropaya qaz satmaq şansı yaranarsa, o, hansısa böyük layihəni gözləmək məcburiyyətində deyil, eləcə də Türkmənistan”.

Zöhrab İsmayıl onu da qeyd edib ki, bu və digər səbəblərə görə layihə qeyri-real istiqamətə yönəlib: “Bu layihəyə İraqı və İranı da daxil etmək istəyirlər. Layihə böyüdükcə o, daha da qeyri-real olmağa başlayır və çətinləşir”.

Fatimə