Özünü beşinci mərtəbədən atan qadın sağ qaldı

ozunu-besinci-mertebeden-atan-qadin-sag-qaldi
Oxunma sayı: 684

Lənkəranda 32 yaşlı qadın intihara cəhd edib. Lənkəran rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini, 1980-ci il təvəllüdlü Vüsalə Əvəz qızı Həbibova bu gün saat 09.00 radələrində yaşadığı Zərifə Əliyeva küçəsi, 78/9 saylı binanın beşinci mərtəbəsindən özünü atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan V. Həbibova təcili olaraq Lənkəran Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdir.

Qeyd edək ki, faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.