Paytaxtda 2 avtomobil toqquşdu, ölən var

paytaxtda-2-avtomobil-toqqusdu-olen-var
Oxunma sayı: 675

Anspress xəbər verir ki, paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Əhməd Bəy Ağaoğlu küçəsiylə üzü şəhər istiqamətində hərəkət edən Mahir Rzayevin idarə etdiyi “BMW” markalı maşın, Neftçilər prospektidən Yusif Səfərov küçəsinə doğru irəliləyən “Vaz 2106” ilə toqquşub. Hadisə nəticəsində “BMW”-də olan sərnişin 1982-ci il təvəllüdlü Yusifov Fərid Tarif oğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəzadan sonra “Jiquli"nin sürücüsü hadisə yerindən yayınıb. Qəzanın baş vermə səbəblərini araşdıran Xətai rayon polis idarəsinin əməkdaşları hazırda hadisə yerindən yayınan “Jiquli” sürücüsünün şəxsiyyətinin müəyən edilməsi istiqamətində əməliyyatların davam etdiyini bildiriblər.

Faktla bağlı cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozma, ehtiyatsızlıqdan zərər çəkən şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişatı zamanı ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin hansı sürücünün günahı ucbatından baş verdiyi məlum olacaq.