“Prezident istefa verənə qədər sekslə məşğul olmayın!” - Aksiya

prezident-istefa-verene-qeder-seksle-mesgul-olmayin-aksiya
Oxunma sayı: 646

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Faure Gnassingbenin istefasını tələb edən müxalifət ölkə qadınlarına müraciət edib və bu gündən ərləri ilə cinsi əlaqəyə girməməyi tövsiyə edib. Seks aksiyasını 9 QHT və 7 müxalifət partiyası elan edib. Müxalifət koalisiyasının qadınlar üzrə nümayəndəsi bildirib ki, bu aksiyadan siyasi dəyişiklik üçün “silah” olaraq istifadə olunacaq.

Qeyd edək ki, 6.6 milyon əhalisi olan Toqoya 40 ildən artıqdır ki, eyni ailə rəhbərlik edir.