Prezident sədr seçildi

prezident-sedr-secildi-
Oxunma sayı: 707

Şuranın icraçı katibi isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçilib. Əlaqələndirmə Şurasının üzvlərinin sayı 107-dən 115 nəfərə qədər artırılıb.
Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunublar.

Dünya azərbaycanlılarının III qurultayının redaksiya komissiyasının sədri Əli Həsənovun təqdimatı ilə səsvermə nəticəsində 4 sənəd – “Dünya azərbaycanlılarının III qurultayının qətnaməsi”, “Dünya azərbaycanlılarının III qurultayı nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti”, “Dünya azərbaycanlılarına müraciət” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət və hökumət başçılarına, parlamentlərinə müraciət” adlı sənədlər qəbul olunub.