Prezidentin 14 yaşlı qızı rekord qırdı

prezidentin-14-yasli-qizi-rekord-qirdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırovun 14 yaşlı qızı Ayşat Kadırova Qurani- Kərimin bütün surələrini əzbərləyib. Bununla da o, Hafizi olmaq haqqını qazanıb.

Prezidentin qızı Quranı 2 il ərzində öyrənib.

Prezidentin mətbuat xidmnətindən KİV-ə ötürülən informasiyada deyilir ki, 14 yaşlı qız bununla da Kadırovlar ailəsində ikinci Hafizi adını qazanıb.

Daha öncə Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırov da Hafizi adını qazanıb. O, hazırda Sentaroy kəndində hafizilərin məktəbinə rəhbərlik edir.