Qənirə Paşayevaya qarşı növbəti təxribat

qenire-pasayevaya-qarsi-novbeti-texribat
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saat 7.26-da millət vəkilinin “Facebook” akkauntuna kənar müdaxilə olub, onun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu [email protected] ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin “Facebook”dakı rəsmi səhifəsi tamamilə dağıdılıb.

Qeyd edək ki, bu artıq üçüncü dəfədir ki, rəsmi səhifə hakerlər tərəfindən hücuma məruz qalır. Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır.


Səidə