Qəzzafinin gizləndiyi yer məlum oldu

qezzafinin-gizlendiyi-yer-melum-oldu
Oxunma sayı: 695

Trend-in məlumatına görə, bu barədə bu gün "əl-Cəzirə" telekanalı Liviya Milli Keçid Şurasındakı mənbəyə istinadən məlumat verib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəzzafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəzzafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. Şuranı Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.