Ramiz Mehdiyevə medal verildi - Fotolar

ramiz-mehdiyeve-medal-verildi-fotolar
Oxunma sayı: 650

Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşünə qatılan Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevə medal təqdim olunub. R. Mehdiyev tədbirdə “Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri” və “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzularında məruzələrlə çıxış edib. “Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, həmin gün Ramiz Mehdiyev Türkiyənin Təhlükəsizlik Şurasının katibi Sərdar Kılıc və Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozeylə görüşüb. Azərbaycanın Təhlükəsizlik Şurası və Polşanın Milli Təhlükəsizlik Bürosu arasında əməkdaşlıq haqqında müqavilə hazırlanmasına dair razılığa gəlinib. Stanislav Kozey Ramiz Mehdiyevə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalını təqdim edib.