Şimali Koreya diktatoru gələn həftə dəfn olunacaq

simali-koreya-diktatoru-gelen-hefte-defn-olunacaq
Oxunma sayı: 655

“Qafqazinfo”nun BBC-yə istinadən verdiyi xəbərə görə, Kim Çen İrin oğlu və varisi, eləcə də, yüksək rütbəli rəsmilər Şimali Koreya liderilə vidalaşır. O, gələn həftə dəfn olunacaq. Kim Çen İr 69 yaşında, şənbə günü ürək iflicindən vəfat edib. Dövlət mediası deyib ki, onun ölümünə səbəb həddindən artıq çox işləməsi və stres olub. O, dekabrın 28-də dəfn olunacaq. Regional güclər ölkənin gələcək nüvə kursu barədə narahatlıq ifadə ediblər.

ABŞ Şimali Koreyaya müraciət edərək, onu "sülh yolu" seçməyə çağırıb və regional müttəfiqlərini qorumağa söz verib.
Kim Çen İr 1994-cü ildə, atası Kim İl-sunqun ölümündən sonra hakimiyyətə gəlib. Ölkə 11 günlük rəsmi matəm mərasiminə qədəm qoyub, hərbi bazalarda, zavodlarda, biznes müəssisələrində, firma və ictimai binalarda bayraqlar yarıyadək endirilib.
Kim Çen İrin cəsədi Kumsusan Xatirə Sarayındakı otaqda saxlanılır. Bura mavzoleydir və atası Kim İl-sunqun cəsədi 1994-cü ildən bəri burada ayna qutuda saxlanılır.

Pxenyan küçələri sakitdir, amma Kimin xatirəsinə müxtəlif yerlərdə keçirilən tədbirlər insan izdihamı ilə müşayiət olunur.
Şimali Koreya dövlət mediası xalqın gecəyədək küçələrdə ağladığını bildirib. Bu göz yaşlarının nə qədəri həqiqidir, nə qədəri təşkil olunmuş təbliğatın nəticəsidir. Kim Çen İr oğlu Kim Jong-unu varisi kimi vəzifəyə hazırlayırdı. Amma keçid tamamlanmamışdı və təhlilçilər, təcrid olunmuş nüvə dövlətində qeyri-sabitlik dövrünün başlayacağından ehtiyat edirlər.