Suriya dövlət televiziyası partladıldı

suriya-dovlet-televiziyasi-partladildi
Oxunma sayı: 631

Hadisə nəticəsində xəsarət alanlar var.

Hadisə nəticəsində televiziyanın yayımı dayanmayıb. Kanalın özünün yaydığı məlumata görə, partlayış binanın üçüncü mərtəbəsində olub.

Hələlik hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Hazırda Suriyada qanlı və gərgin döyüşlər davam edir. Təkcə ötən sutka ərzində ölkədə 130 nəfərdən artıq insan həlak olub, onlardan 79 nəfəri dinc sakindir./anspress/