Bu da Aygünün Gürcüstanda çəkdirdiyi klipi - Video

bu-da-aygunun-gurcustanda-cekdirdiyi-klipi
Oxunma sayı: 5815

Xalq artisti Aygün Kazımova “Əlbəttə” adlı yeni mahnısını və klipini təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, bəstənin sözləri Azər Şirinə, musiqisi isə Kahaberiya aiddir.

Mahnının aranjimanı Alex Berdzaya məxsusdur. Sevilən ulduzun tərəf-müqabili də elə gürcü DJ-i Kahaber Tsiskaridzenin özüdür.

Kazımovanın obrazını məşhur gürcü stilist və dizayner Bessarion yaradıb.

Qeyd edək ki, klipin rejissorluğunu gürcü rejissoru Nestan Sinjikaşvili öz üzərinə götürüb. N.Sinjikaşvili ilə xalq artistinin bundan öncə də işbirliyi olub. Belə ki, A.Kazımovanın “Sus” mahnısına çəkilən klipin rejissoru da Sinjikaşvilidir.