Bu da Elnarənin arzusunda olan oğlan

bu-da-elnarenin-arzusunda-olan-oglan
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, ötən il Ayşə adlı azyaşlı qızın əməliyyatı üçün xeyriyyə aksiyası keçirib məşhur müğənniləri bir araya gətirən reper bu günlərdə sözləri özünə, musiqisi Səttar Məmmədova məxsus ifa etdiyi “Sənsiz həyat” adlı trekinə klip çəkdirib. Klipin rejissoru Mr. Babadır.

Maraqlı burasındadır ki, Orxanın çoxdan ifa etdikləri sözügedən treki ekranlaşdırmasına səbəb internet istifadəçilərinin çoxsaylı istəyi olub. Reper açıqlama verərək bildirir ki, köhnə treklərini ekranlaşdırmağa maraqlı olmadığı halda məhz pərəstişkarların arzu-istəklərini yerə sala bilməyib.

Orxanın daha bir yeniliyi populyar müğənni Elnarə Xəlilova oxuyacağı duetdir: “Elnarə xanım yeganə duet oxumaq arzusunda olduğum müğənnidir. Bununla əlaqədar ona müraciət etdik. Sağ olsun, sözümüzü yerə salmadı. O, gənc olsa da populyardır. Ancaq həm də gənclərə ürəkdən dəstək olan sənətçidir. Onunla ifa edəcəyim trekin adı “Ritm”dir. Aranjiman artıq hazırdır. Bu günlərdə yazdırmaq üçün studiyaya girəcəyik”.

Qeyd edək ki, nə el şənliklərində, nə də şou proqramlarda iştirak etməyən reper ənənəsinə sadiq qalaraq irəlidə bir neçə xeyriyyə tədbirini də gerçəkləşdirməyi planlaşdırır. Orxanın “Sənsiz həyat” adlı trekinə çəkdirdiyi yeni klipini təqdim edirik.