“Bu ilin sonuna kimi manatı təhlükə gözləmir”

bu-ilin-sonuna-kimi-manati-tehluke-gozlemir
Oxunma sayı: 1099

Mərkəzi Bankın rəhbəri manatın məzənnəsi ilə bağlı danışıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Elman Rüstəmov bildirib ki, bu ilin sonuna kimi manatı təhlükə gözləmir:

“Azərbaycanın valyuta bazarı stabildir. Manatın məzənnəsi dayanıqlıdır. Prezident İlham Əliyevin bu yaxınlarda manatın məzənnəsi ilə bağlı fikirləri də bilirsiniz. Manatın sabitliyinə hər hansı bir təhdid yoxdur. Valyuta bazarında tələb və təklif bərabərdir. Belə olan şəraitdə və neftin əlverişli qiyməti manatın gələcəyinə ilin sonuna qədər nikbin baxmağa imkan verir”.

Murad Əhməd