Bu şəxslərə diplomatik rütbə verilir

bu-sexslere-diplomatik-rutbe-verilir
Oxunma sayı: 635

Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik korpuslarının ticarət nümayəndəliklərində fəaliyyətə başlayan şəxslərə diplomatik rütbə verilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Diplomatik xidmət haqqında” qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.  Dəyişikliyə əsasən, diplomatik xidmət qanunvericiliyində yeni təsis olunmuş ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyəli elçi rütbəsi veriləcək. 

Sözügedən dəyişiklik Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsinə, istər ölkəyə investisiya cəlbi, istərsə də qabaqcıl kampaniyalarla əlaqələrin qurulmasına, həmin sahədə professional xidmət və fəaliyyət aparan nümayəndəliyimizin inkişafına kömək edəcək.

Qeyd edək ki, qanun layihəsinə təklif edilən dəyişiklik Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Günel Türksoy