Bu verilişdə 5 aya 3 aparıcı dəyişdi

bu-verilisde-5-aya-3-aparici-deyisdi
Oxunma sayı: 3468

Tanınmış prodüser Təranə Səmədova ARB kanalı ilə işbirliyinə son qoyub. “Qafqazinfo” xəbər verir ki, o, daha “Şənbə səhəri” proqramının aparıcısı olmayacaq. 

Təranənin yerinə keçmiş Xəzər TV-nin siması Günay Rəhimova gətirilib. 

Qeyd edək ki, daha əvvəl sözügedən verilişi “Yeməyə nə var?” adı ilə müğənni Günel Ələkbərova aparırıdı. 

Proqram ilk dəfə 2017-ci ilin oktyabr ayında tamaşaçı qarşısına çıxıb.