Bu xidmətlərin qiyməti dövlət tərəfindən müəyyənləşəcək

bu-xidmetlerin-qiymeti-dovlet-terefinden-mueyyenlesecek
Oxunma sayı: 2331

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə sözügedən siyahıda aşağıdakı məzmunda 44-47-ci hissələr əlavə edilib: 

44. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq 

45. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq 

46. Nəzarət markasının alınmasına görə haqq 

47. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq.