“Bundan sonra bizdə bir natamamlıq olacaq”

bundan-sonra-bizde-bir-natamamliq-olacaq
Oxunma sayı: 645

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, Əbülfəz Elçibəyin vəfatının 11-ci il dönümündən danışarkən vurğulayıb ki, biz 11 ildə böyük dəyişikliklərə nail ola bilmədik: “Bu müddət ərzində onun ideyaları istiqamətində nəzərdə tutduqlarımızı həyata keçirə bilmədik. Hətta seçkilərin özündə belə qazandıqlarımızı əldə saxlaya bilmədik”.

Elçibəysizliyin bütün proseslərə özünəməxusus təsiri olduğunu deyən partiya sədri vurğulayıb ki, bu, Azərbaycanın güneyində başlanan hərəkata da öz təsirini göstərib: “Azərbaycanın güneyində başlanan hərəkat tamamilə fərqli olardı, amma olmadı”.

M. Mirəlioğlu qeyd edib ki, biz Elçibəyin yoxluğu, bunun ağırlığı bundan sonra daha çox hiss olunacaq.

Fatimə Kərimli