Burak Özçivit yeni işə başladı - Şəbəkə yaradır

burak-ozcivit-yeni-ise-basladi
Oxunma sayı: 1607

Türkiyəli məşhur aktyor Burak Özçivit əmlak və dönər işindən sonra yeni sahəyə pul qoymağa başlayıb.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, aktyor şirniyyat evi şəbəkəsi açır.

Onun bu işdə şəriki isə yeznəsi Əhməd Dənizdir. Burakın Ə.Dənizlə evli olan bacısı Burçunu da şirniyyat kursu üçün Fransaya göndərəcəyi deyilir.

Məlumata görə, artıq ilk şirniyyat evi Ədirnə şəhərinin Keşan qəsəbəsində istifadəyə verilib.