“Buta Palace”da gənclər günü qeyd olunacaq

buta-palaceda-gencler-gunu-qeyd-olunacaq-
Oxunma sayı: 896

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu il də gənclərin iştirakı ilə bir sıra tədbirlərın həyata keçirilməsi nəzərdə tutulub.

2 fevral - Azərbaycan gəncləri gününün qeyd olunması Heydər Əliyevin məzarının ziyarəti ilə başlanacaq. Gənclər ardınca Şəhidlər xiyabanını ziyarət edcəklər.

Tədbirlər Gənclər və İdman Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Gənclər günü münasibətilə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərgi ilə davam edəcək.

Azərbaycan Gəncləri Gününün gənclər arasında geniş şəkildə qeyd olunması məqsədilə təşkil edilmiş tədbirlər fevralın 2-də "Buta Palace"da keçirilən yaradıcı gənclərin mükafatlandırılması mərasimi ilə yekunlaşacaq.