Vasif Talıbov lenti kəsdi

vasif-talibov-lenti-kesdi
Oxunma sayı: 642

Açılış mərasiminə gələn Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov kompleksin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Ali Məclisin sədri açılış tədbirində çıxış edib. Muxtar respublikanın şəhər və kəndlərinin günbəgün abadlaşdırıldığını, səliqə-sahman yaradıldığını bildirən Ali Məclisin sədri deyib ki, bu abadlığın, səliqə-sahmanın əsasını təmizlik təşkil edir: “Təmizliyi qorumaq üçün isə müasir kommunal təyinatlı texnikalar lazımdır. Yeni alınıb gətirilmiş müasir kommunal təyinatlı texnikalar da muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu texnikalar işin keyfiyyətini yüksəldəcək, əl əməyini yüngülləşdirəcək”.

Sonra V. Talıbov Yük Avtomobil Park Kompleksində yaradılan şəraitlə tanış olub. /Azərtac/