WikiLeaks Elmar Məmmədyarovdan yazdı

wikileaks-elmar-memmedyarovdan-yazdi-
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, 2010-cu il yanvarın 7-də ABŞ-a göndərilən sənəddə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Ankaraya 2009-cu ildə etdiyi səfərin detalları barədə yazılıb. Görüş zamanı Dağlıq Qarabağ problemi də müzakirə olunub. Elmar Məmmədyarov Minsk Qrupunun Münhendə son müşavirəsinin nəticələrindən razı olduğunu bildirib. Bununla yanaşı, nazir Azərbaycanın Ermənistanın da eyni addımı atacağı təqdirdə Minsk qrupunun təkliflərini qəbul etməyə və irəli getməyə hazır olduğunu əlavə edib. Görüş zamanı Türkiyə tərəfi protokolların təsdiqi prosesinə başlamaq üçün Azərbaycanın rəsmi razılığına ehtiyac duymadığını qeyd edib. Buna baxmayaraq, Türkiyə parlamentarilərinin hələ ki, prosesi dəstəkləməyə hazır olmayan ölkənin ictimai rəyini nəzərə alacaqlarını vurğulayıb. Selin Özaydın Türkiyə hökumətinin sənədlərin imzalanması prosesinə başlamaq üçün Minsk qrupunun razılığına ehtiyac duymadığını deyib: “Azərbaycanın ictimai rəyində pozitiv tərpənişlər və Ermənistan tərəfinin Azərbaycanla işləmək barədə müsbət niyyəti ilə bağlı konkret addımları Türkiyənin daxilində faydalı atmosferi yaradardı və türk parlamentariləri ratifikasiya məsələsində öz “hə” cavabına bəraət qazandırmaq üçün siyasi dəstəklə təmin olunardılar”.

Səidə