Xaricdən gətirilən buğda və una yenidən vergi tətbiq olundu

xaricden-getirilen-bugda-ve-una-yeniden-vergi-tetbiq-olundu-
Oxunma sayı: 698

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2010-cu il 3 dekabr tarixli qərarında yenidən dəyişiklik edib. Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, qərarının 2-ci hissəsində “avqustun 1-dək” sözləri “iyulun 10-dək” sözləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu qərarı Konstitusiyanın 119-cu maddəsinin dördüncü abzasına əsasən və İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq verib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə xaricdən Azərbaycana gətirilən buğda və meslin, eləcə də buğda və buğda-çovdar unu avqustun 1-dək əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdi.

Nigar Məmmədli