“Yalançı soyqırımı inkar qanununun təsir gücü heçə endi”

yalanci-soyqirimi-inkar-qanununun-tesir-gucu-hece-endi
Oxunma sayı: 637

Bunu “Qafqazinfo”ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, həmin düzəlişdə məcburi deportasiya məsələsində iki maraqlı ölkə arasında anlaşılmazlıq olarsa, müraciət ünvanı olaraq hər iki ölkənin müəyyən etdiyi peşəkar tarix komissiyasının rəyinin əsas götürülməsi nəzərdə tutulur: “Bu isə yalançı soyqırımın inkarı ilə bağlı məsuliyyətə cəlb olunaraq cəzalandırılan şəxslərə dərhal yuxarıda adı çəkilən qərara əsasən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanının yaranması deməkdir. Son nəticə budur ki, müştərək tarix komissiyasının rəyi olmadan yalançı soyqırımı inkar etmək məsuliyyət yaratmır”. Fazil Mustafanın fikrincə, bunun üçün Türkiyə və Azərbaycandan olan və fransız dilini bilən peşəkar hüquqşünasların bu qanunun hədəfinə çevrilmiş vətəndaşların hüquqlarını qorumaq üçün birgə çalışmaları zəruri olacaq.