Yoxa çıxan qadının meyiti çaydan tapıldı

yoxa-cixan-qadinin-meyiti-caydan-tapildi
Oxunma sayı: 692

Şəmkir rayonunda 20 gün əvvəl itkin düşən qadının meyiti tapılıb. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Keçili kənd sakini, ruhi xəstə Gülafət Həsənovanın meyiti kənd ərazisindən keçən Şəmkir çayında aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, mərhum qadın oktyabrın 5-də itkin düşmüşdü. Onun özünə qəsd etməsi və ya ehtiyatsızlıqdan çaya yıxılması araşdırılır.