Cabbarov nazirliyə “Naz-Lifan”la gəlir

cabbarov-nazirliye-naz-lifanla-gelir
Oxunma sayı: 8865

Mikayıl Cabbarov  vergilər naziri təyin olunandan sonra nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Modern.az saytı yayıb. Xəbərdə bildirilir ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir.

Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. 

Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.