Ceki Çan Rusiya səfərini təxirə saldı

ceki-can-rusiya-seferini-texire-saldi
Oxunma sayı: 1443

Dünya şöhrətli aktyor Ceki Çan Rusiya və Çinin birgə istehsalı olan “Əjdaha möhürünün sirri” filmini təqdim etmək üçün Rusiyaya gedə bilməyəcək. “Qafqazinfo” bildirir ki, bu barədə artistin səfərinin təşkilatçıları məlumat verib.

Onların sözlərinə görə, Çan qrafikindəki dəyişikliklərə görə filmin premyerasında iştirak edə bilməyəcək: “Məcburuq deyək ki, Ceki Çanın qrafikindəki qəfl dəyişiklərə görə aktyor sentyabrın 11-də “Əjdaha möhürünün sirri” filminin Moskvada keçiriləcək premyerasında, təəssüf ki, iştirak edə bilməyəcək”. 

Qeyd edək ki, filmdə baş rolları məşhur amerikalı aktyor Arnold Şvarsenegger və Ceki Çan canlandırırlar. Ekran əsərinin Rusiyada satışı bu ilin sentyabrın 19-a nəzərdə tutulub. Filmdə hadisələr iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs edir. Belə ki, ingilis səyyahı və kartoqrafı Conatan Qrinə rus imperatoru I Pyotr tərəfindən Rusiyanın uzaq şərqdəki torpaqlarının xəritəsinin hazırlanması tapşırığı verilir. Bunu yerinə yetirmək üçün o, uzaq səyahətə çıxır və Çinə gələrək oranın qədim mifik qəhrəmanları ilə üzləşir. Filmdə məqsəd hər iki ölkə mədəniyyətinin və tarixinin nümayiş etdirilməsidir.