Çempionata görə bağlı olacaq yolların - Siyahısı

cempionata-gore-bagli-olacaq-yollarin-siyahisi
Oxunma sayı: 647

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, idarə əhaliyə, avtomobil sahiblərinə və sürücülərə xəbərdarlıq edir ki, sentyabrın 22-dən oktyabrın 13-dək Bakı şəhərində keçiriləcək mundial iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gücləndirilmiş iş saatı ilə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın Nərimanov rayon ərazisindəki Tofiq Bəhramov adına, Nizami rayonu “Şəfa” və 8-ci kilometr, Səbail rayonu Bayıl, həmçinin Xəzər rayonunun “Dalğa Arena” stadionlarının yerləşdiyi ərazi və ona bitişik küçə və yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyularaq istiqamətin dəyişdirilməsi barədə xəbərdarlıq edir.

Əsədov bildirib ki, paytaxtın "Four Seasons", "Kempinski Hotel- Badamdar", "Hilton Baku", "JW Marriott Absheron", "Sheraton", "Park Hyatt" hotellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə çempionat başa çatana qədər "dayanmanı, durmanı, parklanmanı" qadağan edən yol nişanlarının təsir zonalarındakı avtomobil sürücülərinə qarşı ciddi tədbir görüləcək, hətta evakuasiya imkanlarından istifadə ediləcək, eləcə də avtomobil tıxaclarının yaranmaması üçün fərdi avtomobillərin yol kənarında durmasının qarşısı alınacaq.

Həmçinin, Bakı şəhər Dövlət Yol Polis İdarəsi bölgələrdən paytaxta gələn əhaliyə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasını nəzərə alaraq, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini, şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir.
Çempionatın keçirilməsi Azərbaycan idman həyatında mühüm əhəmiyyət kəsb etdiyindən, komandaların, hakimlərin, VİP qonaqların, xarici jurnalistlərin və çoxsaylı azarkeşlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dövlət idarələrinin, müəssisə, firma və təşkilat rəhbərlərinin nəzərinə iri yük avtomobillərinin bütün istiqamətlərdən şəhərə daxil olmasına müvəqqəti məhdudiyyət qoyulmasını çatdıraraq, onlardan tabeliklərində olan işçilərə məxsus avtomobillərin iş yerləri ətrafında parklandırılmaması barədə xəbərdarlıq etmələrini xahiş edir.

Çempionata tamaşa etmək istəyən azarkeşlərin şəxsi avtomobillərdən istifadə etməsinin mümkünsüzlüyünü nəzərə alan İdarə bildirilir ki, Salyan şosesi, 20-ci sahə, Azneft meydanı, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, Hava Limanı şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyat, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşviq küçələri, Qurd Qapısına və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, C.Hacıbəyli, Vaqif, Həsənoğlu, Ağaoğlu, F.Xoyski, K.Rəhimov, Qədirbəyov, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.