Çexlər Kamran Ağayevə verilən cəzanı açıqladılar

Çexlər Kamran Ağayevə verilən cəzanı açıqladılar
Oxunma sayı: 1261

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan yığmasının və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevi cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqədən sonra “qırmızı” aldığı üçün 1 oyunluq cəzalandırılıb.

Bu üzdən Kamran 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi