Ceyhun Sultanovun yeni klubu müəyyənləşdi

ceyhun-sultanovun-yeni-klubu-mueyyenlesdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Aftandil Hacıyev, Emin Cəfərquliyev və Sabir Allahquliyevin ardından başa çatan mövsümü “Kəpəz”də keçirmiş Ceyhun Sultanov klubla 1 illik müqavilə imzalayıb. 32 yaşlı futbolçu “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ceyhun Sultanov ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 24 qarşılaşmada 5 qola imza atıb. O həmçinin 14 dəfə millimizin formasını geyinib və rəqib qapılarından 1 top keçirib.