Dağıntılardan doğan möcüzə

dagintilardan-dogan-mocuze
Oxunma sayı: 650

“Milliyət”in yazarı Onur Dinçer Suriya millisinin DÇ-2018-in seçmə mərhələsində çıxışı ilə bağlı yazı hazırlayıb. “Qafqazinfo” həmin yazını təqdim edir. 

Suriya xarabaya dönsə də, futbol üzrə milli komandaları qitədə tüğyan edir. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində nəhəng milliləri dizə gətirən suriyalılar Rusiyaya doğru böyük addımlar atır. 15 dəfə meydana çıxan milli komanda 8 qələbə qazanıb, 2 dəfə bərabərliyə imza atıb. Bu nəticələr onlar üçün çox böyükdür və dünyanın diqqətini özünə çəkə bilin. Maraqlısı da budur ki, yığma ev oyunlarını ölkəsində keçirə bilmir. Müharibə şəraitinə görə komanda matçlarını 7600 km uzaqda – Malayziyada oynayır. 23 nəfərlik bu futbolçu heyəti 23 milyonluq əhalini sevincə qərq edən tək səbəbdir. 

Rusiya gedib-getməyəcəkləri bilinməsə də, qitə seçmələrində könüllərin çempionudurlar. İlk iki turdan üzüağ çıxan komanda üçüncü mərhələdə də gözləntilərdən üstün bir oyun nümayiş etdirir. Dünya çempionatının seçmə mərhələsinə ikinci turdan girən Suriya burada Yaponiya, Sinqapur, Əfqanıstan və Kamboca ilə mübarizə apardı. 8 matçda 6 qələbə qazanaraq mərhələni keçdilər. Həmin vaxt Suriya ev oyunlarını 2500 km aralıdakı Ummanda “Əl-Seeb” stadionunda keçirirdi. Bir sonrakı məhərələ isə final qrupundan ibarətdir. Burada mübarizə davam edir. Rəqiblər isə qitənin ən güclüləridir. İran, Çin, Cənubi Koreya, Qətər və Özbəkistan kimi Asiya nəhəngləri var. İlk baxışdan Suriyanın bu qrupda sadəcə sonuncu yeri tuta biləcəyini deyənlər yanıldılar. Artıq komanda ev oyunları üçün Malazyziyaya köçməli oldu. Şamdan 7600 km aralıda oynayan komanda 4 qarşılaşmanın heç birində uduzmadı. Sıralamada Çin və Qətərdən yuxarı pillələrdədir. 

Xüsusi qeyd olunacaq matç isə Çinlə səfər oyunudur. Hər kəsin favorti saydığı qitənin ən böyük ölkəsini Pekində məğlub etdilər. Çin və Qətər kimi futbol böyük maliyyə ayıran ölkələr üzərindəki qələbə artıq təsadüf ola bilməzdi. Asiyanın güclü futbol komandalarından sayılan Özbəkistan millisi üzərində son dəqiqə qolu ilə əldə edilən qalibiyyət də tarixə düşdü. Bu qələbədən sonra futbolçular 1000 dollar mükafat aldılar. Həmin məbləğ suriyalı futbolçuların illik qazancına bərabərdir.