“Demet Akalını mən dünyaya gətirmişəm”

demet-akalini-men-dunyaya-getirmisem
Oxunma sayı: 1587

Türkiyəli sənətçi Bülənt Ərsoyun həmkarı Demet Akalınla bağlı açıqlaması marağa səbəb olub.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, 66 yaşını hotellərin birində dostları ilə qeyd edən Ərsoy məkandan çıxarkən jurnalistlərin Akalınla münasibətlərinə dair suallarını cavablandırıb.

“Demeti çox sevirəm. Onu mən dünyaya gətirmişəm. Atasına deyil, mənə bənzəyib. Mənim kimi anidən əsəbiləşir, daha sonra sakitləşir”, - deyə B. Ərsoy qeyd edib.