Deputat canlı efirdə Roman Nəsirovun üzünə su çırpdı - Video

deputat-canli-efirde-roman-nesirovun-uzune-su-cirpdi
Oxunma sayı: 5852

Ukraynalı millət vəkili Sergey Şahov ZİK kanalının canlı efirində prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirovun üzünə su çırpıb.

"Qafqazinfo" xəbər verir ki, insident sözlü mübahisədən sonra yaşanıb. Nəsirov bildirib ki, bir il ərzində ölkədə minimum əmək haqqı artaraq 15 min qriven, pensiyalar isə 5 min qriven ola bilər. Nəsirovun sözlərinə hikkələnən Şahov “Siz insanların əmək haqları, pensiyaları haqda danışdınız. Siz hansı hökumətdə işləyirsiniz, deyin, zəhmət olmasa? Bu gün sizə yenilənmək lazımdır” deyərək stəkandakı suyu opponentinə tərəf atıb.