Dini icmalara yardımlar layihə formasında veriləcək

dini-icmalara-yardimlar-layihe-formasinda-verilecek
Oxunma sayı: 688


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə dini icmalara yardım məqsədilə 2,5 milyon manat vəsait ayrılıb. Dini icmalara müəyyən maliyyə yardımları göstərilməsi milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyəti gücləndirəcək. Bu vəsait ölkəmizdə mövcud olan 600-ə yaxın dini icmaya müəyyən layihələr formasında veriləcək.