Dünyada hər il 5 milyondan çox insanı ilan sancır

dunyada-her-il-5-milyondan-cox-insani-ilan-sancir
Oxunma sayı: 1493

Dünyada hər il 5 milyon 400 min nəfəri ilan sancır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı açıqlayıb. İlan sancmaları nəticəsində hər il 138 min nəfər dünyasını dəyişir, 400 min insan isə şikəst qalır.

Ən çox ilan sancması isə Hindistanda qeydə alınır. Orada ölüm faizinin yüksək olmasının səbəbi təcili müdaxilədə və tibbi xidmətlərdə yaşanan çatışmazlıqlardır.