Eldar Əzizov 50 metrlik tortu kəsdi

eldar-ezizov-50-metrlik-tortu-kesdi
Oxunma sayı: 721

Tortu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsdi. O, dedi ki, bu, Avropada ən böyük tortdur. 50 metr uzunluğunda olan tortun çəkisi 12 tondur.

AzadlıqRadiosu müxbirinin «Tortdan prezidentin payını göndərdinizmi» sualının cavabında E.Əzizov dedi: «Yox, bu tort camaat üçün bişirilib».

Tədbir konsert proqramı ilə davam edir. Tort ilə polis arasında kordon çəkilib. Adamlara torlar paylanır. Bundan əvvəl İlham Əliyevin ad günü münasibətilə bu qaydada tort Gəncədə bişirilirdi. Təşəbbüsün müəllifi E.Əzizov həmin vaxt Gəncəyə rəhbərlik edirdi.

Ənənəyə uyğun olaraq tortun uzunluğu İlham Əliyevin yaşından asılı olaraq dəyişir.