“Eldost İnşaat” əsgərlərə 3 ton sarımsaq hədiyyə etdi - Fotolar

eldost-insaat-esgerlere-3-ton-sarimsaq-hediyye-etdi
Oxunma sayı: 4115

“Eldost İnşaat” MMC şirkəti Daşkəsən və Gədəbəydə yerləşən hərbi hissələrin hərəsinə 1,5 ton sarımsaq hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, şirkət rəhbəri Hüseyn Rəfiyevin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən bu kampaniya silsilə xarakteri daşıyır. Əsas məqsəd isə orduya sahibkarların təmənnasız dəstəyini hiss etdirməkdir.

Qeyd edək ki, şirkət tərəfindən sözügedən kampaniya 2016-cı ildən başladılıb və hər dəfə hərbi hissələrə fərqli məhsullar təqdim olunur.