Əli Əhmədov rumınlarla görüşdü

eli-ehmedov-ruminlarla-gorusdu-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, Əli Əhmədov Azərbaycan ilə Rumıniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etmiş, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Sonra Əli Əhmədov Azərbaycanın iqtisadi inkişafı, uğurla həyata keçirilən neft strategiyası, ölkənin ümumi inkişafına mane olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə dost Rumıniyaya minnətdarlığının bildirmişdir.

Demokrat Liberal Partiyasının nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu ölkələrimiz arasındakı əlaqələrin qədim tarixi olduğunu bildirmiş və Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu nəzərə çatdırmışdır.

Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edib.