“Əlim-ayağım əsirdi, dodaqlarım qurumuşdu”

elim-ayagim-esirdi-dodaqlarim-qurumusdu
Oxunma sayı: 3205

Müğənni Nura Suri 106.3 FM-də yayımlanan “Mən DJ olsam” layihəsinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, həmkarları haqda fikir bildirən Suri efirdə Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Röya və digərlərinin mahnılarını səsləndirib.

O, veriliş zamanı Xalq artisti Faiq Ağayevlə tanışlıq hekayəsindən danışıb: “1993-cü ildə “İmkan” qrupunda çıxış edirdim. İlk dəfə idi ki, Heydər Əliyev Sarayında səhnəyə çıxmışdım. Kulisə gələndə panik-atak keçirdim. Halımın pis olduğunu hiss edən yeganə insan Faiq Ağayev oldu. Əlim-ayağım əsirdi, dodaqlarım qurumuşdu. O, mənə kömək etdi. Yanındakılara dedi ki, qıza tez su verin. Mənə qarşı diqqəti heç vaxt yadımnan çıxmır”.