Əliyev Liviya rəhbərini təbrik edib

Əliyev Liviya rəhbərini təbrik edib
Oxunma sayı: 580

Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərraca təbrik nəktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: 

“Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi