Elşad İskəndərov Ceymstaun Fondunda çıxış edib - Fotolar

elsad-iskenderov-ceymstaun-fondunda-cixis-edib-fotolar
Oxunma sayı: 683

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, komitə sədri Elşad İskəndərovun ABŞ-a səfəri çərçivəsində keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.

Tədbiri dəyirmi masanın ev sahibi qismində açan Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor müzakirə mövzusunun əhəmiyyəti barədə danışıb. Azərbaycanın ABŞ-ın önəmli müttəfiqi olduğunu bildirən natiq, ölkəmizin təkcə enerji və təhlükəsizlik məsələlərində deyil həmçinin “dinlərarası münasibətlərin modeli” kimi də ABŞ və ümümilikdə Qərb ölkələri üçün əhəmiyyətini vurğulayıb.

Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb və bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verib. Natiq öz çıxışında Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığını, onların unikal Azərbaycan mədəniyyətinin formalaşdırılmasına töfhə verdiyini önə çəkmiş və bildirib ki, Azərbaycan Prezidentinin təbirincə desək “multikulturalizmin Azərbaycan milli kimliyinin tərkib hissəsidir”.

Məsələnin nəzəri cəhətlərini vurğulayaraq, o, Azərbaycanda konfessiyalararası münasibətlərin tolerantlığın çox ötəsində olduğunu, və əslində qarşılıqlı hörmət və əməkdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. O həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər keçirilən tədbirlərin beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası anlaşmanın yaranması, həqiqi dialoqun aparılması istiqamətində bir platformun yaradıldığını qeyd edib.

Azərbaycandakı dinlərarası dialoq modelinin dünya üçün önəm daşıdığını vurğulayan E.İskəndərov, “Azərbaycam modelinin” beynəlxalq səviyyədə tərənnüm edilməsi məqsədini daşıyacaq “Dinlərarası dialoq və tolerantlıq mərkəzinin” yaradılmasının bu sahədə bir çox beynəlxalq mütəxəssilərin təklif etdiyini deyib.