Ərdoğan Almaniyaya gedir

erdogan-almaniyaya-gedir
Oxunma sayı: 1265

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcək.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Angela Merkellə görüşəcək.

Qeyd edək ki, Türkiyə prezidentinin Almaniya səfəri alman həmkarının dəvəti əsasında gerçəkləşəcək.