Əri oxumaq istəyən arvadının barmaqlarını kəsdi

eri-oxumaq-isteyen-arvadinin-barmaqlarini-kesdi
Oxunma sayı: 634

Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, xanımının təhsil almaq istəyini "biabırçılıq" sayan ər 21 yaşlı qadını fikrindən döndərməyə nail olmadıqda onu cəzalandırmaq qərarına gəlib. O, qadının əl-qolunu bağlayıb və onun barmaqlarını kəsib.

"Ərim mənə sürpriz hazırladığını dedi. Sonra əl-qolumu bağladı, barmaqlarımı kəsdi və zibil qutusuna atdı. "Bununla da sənin təhsil arzuna birdəfəlik son qoydum" dedi", - deyə qadın bildirib.

Hadisədən 3 saat sonra xanımını həkimə aparan İslam polisə məlumat verəcəyi təqdirdə onu öldürəcəyilə hədələyib. Lakin həkimlərin şübhələnməsi həqiqətin ortaya çıxmasına kömək edib. Rafikul həbs olunub. Qadın isə fikrində israrlıdır: "Həmişə vəkil olmağı arzulamışam. Arzumu reallaşdırmaq üçün hər şey edəcəyəm".