Ermənistan Müdafiə Nazirliyində 90 minlik oğurluq - Komandir müavini həbs edildi

ermenistan-mudafie-nazirliyinde-90-minlik-ogurluq
Oxunma sayı: 1874

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasında küllü miqdarda oğurluq olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlum olub ki, 2015-2017-ci illərdə Bazadan 43 milyon dram (təxminən 90 min dollar) həcmində  dərman və avadanlıq oğurlanıb. 

Faktla bağlı cinayət işi açılıb. Hərbi hissə komandirinin müavini, mayor L.A saxlanılıb. Cinayətdə əli olan digər şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.