Ermənistanda parlament buraxıldı

ermenistanda-parlament-buraxildi
Oxunma sayı: 1667

Ermənistanın prezidenti Armen Sarkisyan parlamentin buraxılması haqda fərman imzalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, işğalçı dövlətin rəhbəri bununla yanaşı növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı göstəriş verib. Seçkilər dekabrın 9-da keçiriləcək. 

Xatırladaq ki, Ermənistan parlamenti bu gün də ölkənin baş nazirini seçə bilməmişdi. Bu isə qanunverici orqanın buraxılmasını tələb edir.