Ermənistanda “Sibir yarası” yayılıb

ermenistanda-sibir-yarasi-yayilib
Oxunma sayı: 1100

Ermənistanın Qeqarkunik əyalətində “Sibir yarası” yoluxucu xəstəliyi aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, əyalətin iki sakini əllərində yaranan yaralarla bağlı Martuni kənd tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə müraciət ediblər. Onlar kənddə inək kəsimində iştirak etdikdən sonra bu problemlə üzləşdiklərini qeyd ediblər.

Səhiyyə Nazirliyinin ekspert qrupu araşdırma aparan zaman daha 6 sakinin xəstəliyə yoluxduğunu müəyyən edib. Xəstələr müalicə üçün həkim nəzarətinə götürülüb.  

Yoluxucu xəstəlik barədə Ermənistan Dövlət Qida Təhlükəsizliyi Xidmətinə məlumat verilib.

Aysel Kərimova