Əsgərimiz minaya düşdü

esgerimiz-minaya-dusdu
Oxunma sayı: 643

Minaya düşən Biləsuvar rayonundan olan əsgər Quluzadə Elvindir. Hadisə Ağdamın işğal altındakı Yusifcanlı kəndi yaxınlığında, işğal altındakı ərazilərdən axan Qarqarçayın yaxınlığında baş verib.

Bölgə müxbirinin verdiyi məlumata görə, əsgər hospitala çatdırılıb. Onun ayağının birinin itirəcəyi bildirilir.

Qeyd edək ki, E. Quluzadənin təvəllüdü bilinməsə də onun hərbi xidmətini başa vurmasına 3 ay qaldığı bildirilib.