Esra Erolun proqramında şok xəyanət - Ən yaxın rəfiqəsi...

esra-erolun-proqraminda-sok-xeyanet
Oxunma sayı: 2709

Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun proqramında şok xəyanətin olduğu üzə çıxıb. “Qafqazinfo” xəbər verir ki, verilişin 10 illik studiya şefi Eda Gök həmin proqramın vokalisti Emrah Albayrak tərəfindən xəyanətə məruz qalıb.

Uzun müddətdir ki, evli olduğu əri ailəvi dostları Burcu Sinem Ünsalla eşq yaşadığı məlum olub. Burcu da Esra Erolun şousunun bir neçə illik vokalisti olub, 2016-ci ildə həkim ərinin Almaniyada işə düzəlməsindən sonra ekranlarla vidalaşıb. 

Bu məqamda qeyd edək ki, əkizləri olan. B. S. Ünsalla Eda Gök çox yaxın rəfiqə olublar. Bir-birinə qonaq gedən, tətilə yollanan cütlüyün artıq dostluğu bitib. 

Gündəmi zəbt edən mövzuya proqramın canlı efirində aydınlıq gətirilib. Emrahla Burcunun uzun müddət sevgili olduğunu, Edanın 7 illik ərindən boşandığı deyilib. 

Xatırladaq ki, bu hadisədən sonra E. Albayrak  və Burcu bütün sosial şəbəkələrdəki hesablarını bağlayıb.

Qeyd edək ki, Eda Gök müğənni Seda Sayanın yaxın qohumudur.