Fatimə 11 illik ərinə belə sürpriz etdi

fatime-11-illik-erine-bele-surpriz-etdi
Oxunma sayı: 3385

Rəqqasə Fatimə Fətəliyeva 11 illik həyat yoldaşına sürpriz edərək  ad gününü təbrik edib. “Qafqazinfo” xəbər verir ki,  Fatimə evinin qarşısını bəzəyərək  ona sevgisini dilə gətirib.  İnstaqramda paylaşım edən rəqqasə fotoya belə şərh yazıb:

“Bu gün ailəmin dayağı olan həyat yoldaşımın doğulduğu gündür. Oğlumun atası, nə yaxşı ki, dünyaya gəlmisən.  Hər zaman başımızın üstündə olasan”. 

Qeyd edək ki, F. Fətəliyeva Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı var.  Rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı mövcuddur.